waplog

“Samsung Galaxy S4” smartfonunun qiyməti 250 dollar olacaq


Cənubi Koreyanın “Samsung” şirkətinin yeni “Samsung Galaxy S4” smartfonunun satış qiyməti 250 dollardan başlayacaq. Bu məbləğ Cənubi Koreya şirkətinin əsas rəqibi olan Amerikanın “Apple” şirkətinin “iPhone” aparatından 50 dollar bahadır.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 16 QB daxili yaddaşa malik “Samsung Galaxy S4” aparatının qiyməti 249 dollar 99 sent təşkil edəcək.

Lakin smartfonu bu qiymətə Amerikanın mobil operatorlarının biri ilə ikiillik müqavilə bağlamaqla satın almaq olar. Amerikanın “NBC” telekanalının məlumatına əsasən, ilkin sifarişlər aprelin 16-dan qəbul edilməyə başlanacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL