waplog

Cari ilin yanvar-fevral aylarında ÜDM-in 1,8 faizi informasiya və rabitə xidmətlərində istehsal edilib


2013-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında 8,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Bu barədə "ICTnews" xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

DSK-dan bildirilib ki, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 4,1 milyard manat və ya ÜDM-in 48,9 faizini təşkil edib.

ÜDM-in 1,8 faizi informasiya və rabitə xidmətlərində istehsal edilib. Bu dövrdə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərində 16,0 faiz artıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL