waplog

“HTC” yeni smartfonunu təqdim edib


Tayvanın "HTC" şirkəti "Android" əməliyyat sistemi ilə işləyən orta səviyyəli "Desire P" smartfonunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, aparat iki ədəd 1 QHs takt tezlikli "Qualcomm Snapdragon MSM8225 S4 Play" prosessoru və "Adreno" qrafik sürətləndiricisi ilə təchiz edilib.

Əməli və daxili fləş-yaddaşın həcmi müvafiq olaraq 768 MB və 4 QB-a bərabərdir. 4.3 düymlü "Super LCD2" sensor ekranın təsvir ölçüsü 480×800 nöqtə (WVGA) təşkil edir. Aparat, həmçinin 8 meqapikselli kamera, "Bluetooth 4.0" və "Wi-Fi" (IEEE 802.11b/g/n) adapterləri, "GPS/QLONASS" naviqasiya sistemləri qəbuledicisi, "Beats Audio" audiosistemi, "MicroSD" slotu, akselerometr və qulaqlıqlar üçün 3,5 millimetr konnektor ilə təchiz edilib.

Akkumulyator batareyasının tutumu 1620 milliamper/saata bərabərdir.

Aparatın ölçüləri 129,7×67,9×10,7 mm-dir, çəkisi 136 qramdır. Smartfonu 280 avro qiymətinə satın almaq olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL