waplog

“Cisco” “Ubiquisys” şirkətini 310 milyona alır


Şəbəkə aparat təminatı sahəsində dünyanın aparıcı istehsalçısı “Cisco Systems” Britaniyanın “Ubiquisys” şirkətini 310 milyon dollara alır. “ICTnews” xəbər xidmətinin “cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu “Cisco”ya smartfon və planşet istifadəçiləri üçün nəzərdə tutulmuş yeni texnologiyaları və servisləri əldə etməyə imkan verir.

Bu kvartalın sonuna qədər alverin başa çatması gözlənilir və bundan sonra “Ubiquisys” “Cisco”nun mobil servislər bölməsinə daxil olacaq. Son bir ildə bu “Cisco”nun mobil və simsiz texnologiyalar sahəsində ilk sazişi deyil.

Bu cür sazişlər şirkətə, səsli rabitə xidmətlərindən operatorların əldə etdiyi gəlirlərin azalması dalğasında gəlirləri artan simsiz kommersiya texnologiyaları bazarında aktiv oyunçu kimi çıxış etməyə imkan verir. “Ubiquisys”in əsas texnologiyaları, adi şanvari qüllələrin işi rabitənin məqbul keyfiyyətini təmin etməyən müəssisə və ya ofis mərkəzlərində, operatorlara və ya kommersiya istifadəçilərinə kömək edən “kiçik şan” adlandırılan texnologiyalar ətrafında cəmlənəcək.

Britaniyanın “Ubiquisys” şirkəti “Lucent Technologies” şirkətinin keçmiş top-meneceri Uill Fremks tərəfindən 2004-cü ildə, simsiz rabitə üçün xüsusi həllər təminatçısı kimi yaradılıb. Keçmişdə “Ubiquisys” şirkəti “Google”, “Accel Partners”, “Advent Venture Partners” və “T-Mobile Venture Fund” sərmayələrini cəlb edirdi. Hazırda “Ubiquisys” "kiçik şanlardan"dan başqa LTE ilə bağlı texnologiyaların inkişafı ilə məşğul olur.

“Cisco” son bir ildə 475 milyon dollara “Intucell” şirkətini, 1,2 milyard dollara “Meraki” şirkətini, 5 milyard dollar “NDS Group” şirkətini alıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL