waplog

“CX-803” mikrokompüterinin qiyməti 70 dollardır


“Android 4.1 Jelly Bean” əməliyyat sistemi ilə işləyən “CX-803 II” mikrokompüteri sifariş üçün əlçatandır. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fləş-brelok ölçüsündə olan qurğu 1.6 QHs takt tezlikli ikinüvəli “Rockchip RK3066” prosessoru və 2 Qb əməli yaddaşla təchiz edilib. “Mali-400 MP4” kontrolleri qrafikanı emal edir.

Qatlanan antena ilə təchiz edilmiş “Wi-Fi” (IEEE 802.11b/g/n) simsiz rabitə adapteri və “Bluetooth” modulu var. Mikrokompüter 8 QB tutumunda fləş-modul, “MicroSD” kartları üçün slot, “HDMI” interfeysi, “USB” portu və iki ədəd “MicroUSB” portu ilə təchiz edilib.

Qurğunun çəkisi 36 qram, ölçüsü isə 101,2×48×9 millimetrdir. Qiyməti 70 dollardır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL