waplog

Asiyada ilk dəfə olaraq Azərbaycanda ən son texnologiya ilə təchiz edilmiş “Caz Klub” istifadəyə veriləcək


Azərbaycanda həyata keçirilən layihə çərçivəsində "Harmann" şirkətinin ən son səs sistemləri tətbiq edilir. Şirkətin məhsullarının Azərbaycanda əsas distribüteri "ProAV" şirkətinin baş direktoru Elşən Əliyevin "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda "POWERHOUSE & ENERGY Lounge Bar Club" "Caz Klubu"nun açılışı olacaq.

"Hazırda biz "Caz Klubu"nu səs sistemləri ilə təchiz edirik. İyun ayının sonuna qədər klubun açılışı nəzərdə tutulur. Klubda "Harmann"ın ən son texnologiyası tətbiq edilir, buna görə açılışdan bir müddət sonra şirkətin rəhbərliyinin sistemin işi ilə tanışlıq məqsədi ilə Bakıya səfəri gözlənilir. Bu yeni sistem Asiya regionunda ilk dəfədir ki, tətbiq edilir",- deyə o bildirib.

"POWERHOUSE" 1500 nəfərlik böyük binadır, beynəlxalq tədbirlərin və musiqili çıxışların keçirilməsi üçün nəzərdə tutulub. Bu obyekt Bakı bulvarının sonunda, Bayraq meydanının və "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall"-un yaxınlığında yerləşir. "Black Diamond": Caz və nahar klubu, VIP-qonaq otağı, ikinci mərtəbədə hər iki mərtəbəyə açılan DJ meydançası ilə 90 nəfər üçün nəzərdə tutulub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL