waplog

Azərbaycanın ədliyyə sistemində tətbiq olunan innovasiya və İKT-lər Hindistanda müzakirə edilib


Azərbaycanın ədliyyə sistemində tətbiq olunan innovasiya və İKT-lər, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, habelə hakimlərin seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirilməsi Hindistanda müzakirə olunub.

Müzakirə və məlumatlandırma Azərbaycan ədliyyə nazirinin Hindistana səfəri çərçivəsində keçirilən görüşdə baş tutub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Ədliyyə Nazirliyi tərəfindən müxtəlif dövlətlərlə 30-dək ikitərəfli müqavilələr, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb və uğurla həyata keçirilir:

"Azərbaycan və Hindistan arasında əməkdaşlığın genişləndirilməsinə və dövlətlərarası müqavilə-hüquq bazasının zənginləşdirilməsinə böyük önəm verilərək, iki ölkə arasında müvafiq müqavilə layihələri hazırlanaraq razılaşdırılıb. Həmin sənədlərin imzalanması məqsədi ilə Hindistan Respublikasının hüquq və ədliyyə naziri A.Kumarın dəvətinə əsasən Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistana səfər edib".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL