waplog

İnnovasiyaların tətbiqi üzrə BDU dünyanın 700 universitetindən biri olub


«İnnovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2012-ci ildə BDU "QS World University Rankings-2012" reytinqinə görə dünyanın 700 top universiteti, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına daxil edilib».


"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin Elmi Şurasının iclasında söyləyib. O bildirib ki, Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması vacib məsələlərdən biridir.

Dövlətin elmə göstərdiyi qayğıdan söz açan akademik deyib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulub.


 SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL