waplog

7 düymlü “ASUS MeMo Pad” planşetinin qiyməti məlum olub


"ASUS" şirkəti 1024x600 nöqtə təsvir ölçülü 7 düymlü yeni "MeMO Pad" (ME172V modeli) planşetinin satışlarına başlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli birnüvəli "VIA WM8950" prosessoru, "Mali-400" qrafik nüvəsi, 1 QB həcmində əməli yaddaş və 8 və ya 16 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib.

"MicroSD" formatlı yaddaş kartı üçün slot vasitəsilə daxili yaddaşın həcmini artırmaq olar. "ASUS MeMO Pad ME172V" planşetində "Wi-Fi 802.11b/g/n" simsiz rabitə modulu, "G"-datçik, 1,3 meqapikselli kamera (ön hissədə), mikrofon, qulaqlıq və mikrofonun qoşulması üçün 3.5 millimetrlik konnektor və "Micro USB" portu əlçatandır.

4270 milliamper/saat tutumunda olan akkumulyator 7 saatlıq avtonom iş vaxtı təmin edir. Aparatın ölçüsü 196,2x119,2x11,2 millimetr, çəkisi 370 qram olub.

Qurğu "Android 4.1" (Jelly Bean) əməliyyat sistemi ilə işləyir. "ASUS MeMO Pad ME172V" planşeti artıq ABŞ-da ağ, boz və çəhrayı rənglərdə satışa çıxarılıb. 16 QB-lıq fləş-yaddaşla olan modelin qiyməti 149 dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL