waplog

Sabah Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu start götürəcək


Aprelin 11-dən 13-dək Azərbaycanda ilk dəfə Bakı Ekspo Mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri "CATEF 2013"- Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu keçiriləcək.

Sərgidə yerli şirkətlərlə yanaşı, 23 ölkədən ümumilikdə 79 şirkət öz məhsul və xidmətlərini təqdim edəcəkdir. Burada su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, mikrotunellərin tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermal texnologiyalar, dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları və digər sahələr üzrə məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdiriləcəkdir.

Tədbirdə qeyd olunub ki, işgüzar proqramın əsas hissələrindən biri də ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur.

Sərginin ikinci günü, aprelin 12-də "Hilton Baku" otelində başlanacaq forumda "XXI əsr – içməli suyun təmizlənməsi üçün innovativ texnologiyalar", "Su mənbələrinin qiymətləndirilməsi və müqayisəli təhlilinin ekspress-metodları", "Mühəndis kommunikasiyalarının yoxlanılması və xəndəksiz inşası üsulları" və başqa mövzular ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL