waplog

Yerli bank innovativ “Şəxsi Kabinet” funksiyasını işə salıb


"Bank Technique" ASC innovativ xidmətlərinə daha birini əlavə edərək, müştərilərinin rahatlığını təmin etmək məqsədilə "Şəxsi Kabinet" funksiyasını istifadəyə verib.

"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, artıq istifadəçilər "Bank Technique"də "Şəxsi Kabinet"ə sahib ola bilərlər. Bunun üçün bankın saytının (www.banktechnique.az) yuxarı sağ küncündəki "Şəxsi Kabinet" funksiyasına daxil olub qeydiyyatdan keçmək yetərlidir.

Qeydiyyatdan keçən hər bir istifadəçi, virtual olaraq, Şəxsi Kabinetini yarada və banka gəlmədən, bir çox mütəmadi ödənişlərini (mobil operatorlar, kommunal xidmətlər, stasionar rabitə, İnternet provayderlər, kabel televiziyası) həyata keçirə, banka "VISA" və "MasterCard" növlü plastik kartların əldə olunması və ya kredit alınması üçün onlayn müraciətlər göndərə, eləcə də bu kreditləri onlayn ödəyə, avtomatik ödənişlər edə, depozit yerləşdirə bilər.

Ən əsası, "Bank Technique" ASC-də xidmət olunan bütün növ hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi də mümkündür. Belə ki, sözügedən bankda cari hesabı olan istənilən müştəri hesabı üzrə həyata keçirilən əməliyyatları "Şəxsi Kabinet" funksiyasındakı "Hesabdan çıxarış" bölməsi vasitəsilə izləmək imkanına malik olur. "Hesabdan çıxarış" bölməsindən istifadə edə bilmək üçün banka bircə dəfə yaxınlaşıb, ərizə formasını doldurmaq lazımdır.

Forma doldurulduqdan sonra, 24 saat ərzində, "Şəxsi Kabinet" funksiyasındakı bu bölmədən istifadə oluna bilər. İstifadəçilər sözügedən bölmədə, seçdiyi vaxt aralığında, hesabı üzrə baş verən bütün əməliyyatları izləyib, istədiyi təqdirdə, onları çap da edə bilərlər. "Şəxsi Kabinet" funksiyasının, sadalananlarla yanaşı, ödəniş kodlarının və ödəmələrə dair tarixçənin arxivləşdirilməsi, plastik kartlar vasitəsilə bankda xidmət olunan hesablara pul vəsaitlərinin yatırılması kimi də üstünlükləri var.

Qeyd edək ki, "Şəxsi Kabinet" funksiyasının təhlükəsizliyi yüksək səviyyədə qorunur, istifadəçilərin "Kabinetə" girişi qeydiyyat zamanı seçilən şifrə ilə yanaşı, bank tərəfindən mobil telefona göndərilən birdəfəlik şifrələr vasitəsilə həyata keçirilir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL