waplog

Qarşıdakı illərdə məlumatların şifrələnməsinə daha çox vəsait ayrılacaq


“IDC” analitik şirkətinin araşdırmalarına əsasən şirkətlərin 41%-i məlumat itkisindən narahatdır və bunun qarşısının alınmasını təhlükəsizliyin təmin edilməsində əsas məsələ hesab edirlər.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu gün korporativ noutbukların qorunmasında məlumatların şifrələnməsi ən etibarlı və tələb olunan vasitələrdən biridir.

“Kaspersky Laboratoriyası”nın kritik infrastrukturun və məlumatların qorunması üzrə rəhbəri Konstantin Kamanin bildirib ki, şifrələmə korporativ məlumatların qorunmasında əsas məqamlardan biridir: məlumat oğruları heç vaxt şifrələnmiş sənədləri xüsusi açarsız oxuya bilməyəcəklər. Bu gün şifrələmə texnologiyalarının tətbiqi İT departamentlərinin xərclər siyahısında heç də birinci yerdə deyil. Lakin “İDC”-nin analitiklərinin məlumatına əsasən, yaxın illər ərzində məlumatların şifrələmə həlləri ən çox tələb olunan həllərdən biri olacaq.

Onların hesablamalarına əsasən, məlumatların şifrələmə bazarı yaxın bir neçə il ərzində 50% artacaq - 2012-ci ildəki 556 milyon dollar məbləğindən 2016-ci ilə qədər 866 milyonadək artacaq. Bu il məlumatların qorunmasına yönəldilmiş xərclər ilk dəfə olaraq 2 milyard dolları ötəcək, 2016-cı ildə isə bu tədbirlərə ümumilikdə 3 milyard dollar xərclənəcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL