waplog

Dünyanın ən güclü superkompüteri ən məhsuldar disk sistemi ilə təchiz ediləcək


"DataDirect Networks" (DDN) dünyanın ən güclü superkompüterini ən məhsuldar disk sistemi ilə təchiz edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, ABŞ Energetika Nazirliyinin strukturuna daxil olan Okric laboratoriyasında quraşdırılmış "Titan" kompleksi "Top-500" reytinqində liderdir.

16 nüvəli "AMD Opteron 6274" server prosessorları və "Nvidia Tesla K20" sürətləndiriciləri ilə təchiz edilmiş sözügedən sistem 17,6 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) məhsuldarlığa malikdir. Pik sürəti 27 petaflopsu ötür.

"Titan" superkompüteri üçün yaradılmış məlumatların saxlanılması sistemi "Spider II" adlanır. Sözügedən sistem 40 petabayt həcmində məlumat saxlamağa imkan verəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL