waplog

RİTN-də 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.

Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da vurğulayan nazir "İKT ili" çərçivəsində bu sahənin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü xatırladaraq, sektorun inkişafı ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb.

Daha sonra kollegiya iclasında cari ilin birinci rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ölkədə iqtisadi sahədə ən yüksək artım 14.3 faiz olmaqla, İKT sektorunda qeydə alınıb. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini qeyd edib.

Nazir "İKT ili" çərçivəsində qabaqcıl texnologiyaların istehsalı və ixracı ilə məşğul olacaq özəl və innovativ sahibkarlığın inkişafı üçün xüsusi mühitin yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirləri kimi, "E-hökumət", "Elektron imza", ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, eyni zamanda genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı layihəyə başlanılması, rəqəmli TV yayımı, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi, o cümlədən RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin yaxşılaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, "Bakutel" sərgi-konfransına hazırlıq işlərinin aparılması, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar möhtəşəm aksiya və tədbirlərin, həmçinin bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL