waplog

“Rabitə” Azərbaycan çempionu oldu


"Rabitə" ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olub. İtaliyalı Marçello Abbondanzanın baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını yarışın sonuna 3 tur qalmış rəsmiləşdirib. Komandamız buna çempionatın XXV turun "İqtisadçı" ilə oyununda nail olub.

Görüşdə artıq 2:1 hesabı ilə öndə olan "Rabitə" özü üçün ən azı 1 xalı təmin edib. Bu 1 xal isə komandaya 6-cı, italiyalı mütəxəssisə isə ilk dəfə Azərbaycan çempionluğunu gətirib. Belə ki, "Rabitə"dən əvvəl meydana çıxıb qələbə qazanmaqla liderlə xal fərqini 9-a endirən "Azərreyl" üçün çempionluq əlçatmaz olub. Həm bu oyunda, həm də qarşıdakı 3 turda məğlub olacağı halda belə "Rabitə" ölkənin ən güclüsü olacaq.

Bununla da çempionluq sayında Azərbaycan rekordçusu olan "Rabitə" öz göstəricisini daha da yaxşılaşdırıb.

Qeyd edək ki, "Rabitə" bu mövsüm həmçinin klublararası dünya çempionatının və Çempionlar Liqasının finalçısı olub.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL