waplog

“Evo Store” mağazasından telefon al, 1 kimsəsiz uşağı sevindir!


"Mobitel" şirkəti artıq 5 ildir ki, SOS uşaqlarına yardım etməkdədir. Şirkətdən verilən məlumata görə, "SOS Uşaq Kəndləri - Azərbaycan" assosiasiyasının qeyri-formal təhsil layihəsi olan "Şən avtobus", məhz "Mobitel"in sponsorluğu sayəsində minlərlə ehtiyac içində olan uşaq və ailələrə xidmət göstərməkdədir.

Bundan əlavə, şirkət, SOS Gənclər Evində yaşayan yeniyetmələrə də dəstək olmaqdadır. Gənclər evlərinin açılışı prosesində yaxından iştirak edən "Mobitel", bu gənclərin müstəqil həyatda öz yerlərini tutmaqları istiqamətində də yardımını əsirgəmir. Hazırda gənclərdən 7 nəfəri şirkətdə işlə təmin olunaraq ixtisasa yiyələnməkdədirlər. Sabahdan etibarən, "Mobitel" şirkətinin "Evo Store" mağazasında isə maraqlı satış kampaniyasına start veriləcək.

Kampaniya zamanı satılmış telefonların dəyərinin 10%-i "Mobitel" şirkəti tərəfindən SOS uşaqlarına ianə ediləcək. Beləliklə, həmin mağazadan alış-veriş edənlər bilavasitə xeyriyyəçilik prosesinə töhfə vermiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilməsi, dəstək verilməsində iştirak etmiş olacaqlar. "Evo Store" mağazası Füzuli, 49-da yerləşir.

Aksiya hər həftə keçiriləcək. Həmin günlər, mağazada SOS günləri olaraq keçiriləcək. Bura gələnlər, təşkilatın himayəsindəki gənclərlə və təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. SOS Uşaq Kəndlərinin dünəni və bu günü barədə filmlər nümayiş etdiriləcək, öz uşaqları ilə bərabər mağazaya gəlmiş alıcılara "Şən avtobus" tərəfindən maraqlı əyləncələr, üzərində rəsmlər (facepainting), oyunlarda iştirak etmək fürsəti yaranacaq, telefon alan hər bir kəsə isə sertifikat təqdim ediləcək, xatirə şəkilləri çəkdiriləcək.

Sertifikatda, təqdim edildiyi şəxsin "Evo Store" mağazasından məhsul almaqla, SOS uşaqlarına yardım etməsi faktı təsdiq ediləcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL