waplog

“AMD”-nin vəziyyəti bir az düzəlib


"AMD" şirkətinin icraçı direktoru Rori Ridin rəhbərliyi altında həyata keçirilən yenidənqurma işləri fayda verməyə başlayır: rüblük zərərin həcmi xeyli azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə "x86" arxitekturalı prosessorların istehsalçısı "AMD" şirkəti 1.09 milyard dollar əldə edib. Bu göstərici ötən ilin son rübü ilə müqayisədə 6% azdır. İllik hesablama üzrə azalma 31% təşkil edir:

2012-ci ilin birinci rübündə şirkət 1.59 milyard dollar əldə edib. Xalis zərərin həcmi 146 milyon dollar və ya 1 səhm üçün 19 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, şirkət ötən rüb 473 milyon dollar zərərə məruz qalmışdı.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL