waplog

"iPad 5" planşeti daha nazik olacaq


Analitiklər hesab edir ki, "iPad" planşetinin növbəti versiyası daha nazik və yüngül olacaq. "KGI Securities" broker şirkətinin qeydinə əsasən, "iPad 5" planşetinin yeni versiyası "iPad 4"-dən təxminən 15% daha nazik və 25% yüngül olacaq.

Analitiklər bildiriblər ki, planşetin çəkisini və ölçülərini azaltmaq həyata keçirilicək bir sıra modifikasiyalar sayəsində mümkün olacaq. Məsələn, qurğunun akkumulyatorunun ölçüsünün, ekranın kiçildilməsi və s. Analitiklər, həmçinin qeyd ediblər ki, "iPad" planşetinin yeni versiyası daha az enerji sərf edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin hesabatına əsasən, sözügedən cihaz bu ilin üçüncü rübündə satışa çıxaılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL