waplog

Hörümçək robot ən ekstremal vəziyyətdə də işləyə bilər


Britaniyanın "Micromagic Systems" şirkəti dünyada avtomatik hərəkət edən ən böyük sənaye robotu hazırlayıb. 1900 kiloqram çəkisində olan robot nəhəng hörümçəyi xatırladır. Altı "ayağı" var.

Şirkətdən verilən məlumata əsasən, məhz buna görə onların istehsal etdikləri robot istənilən səthdə hərəkət edə və ən ekstremal vəziyyətdə işləyə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Micromagic"in baş mühəndisi Mett Denton deyir ki, şirkət robotun hazırlanmasına təxminən 3 il vaxt sərf edib. Ötən il robotun ilk sınaq yürüşləri yoxlanılıb.

Denton qeyd edib ki, o, artıq 12 ildən çoxdur ki robot konsepsiyası üzərində işləyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL