waplog

Qəbələdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində maarifləndirici təlim keçirilib


Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Qəbələ rayonunda maarifləndirici təlim keçirilib.

Ölkə başçısının "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı imzaladığı Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə keçirilən tədbirdə çıxış edənlər təlimin məqsədinin rayon gənclərinin İKT sahəsinə marağını artırmaq, sosial şəbəkələrdən düzgün istifadə üçün zəmin yaradılması olduğunu bildiriblər.

Təlimdə "Xətdə" Sosial Şəbəkə Akademiyası çərçivəsində Azərbaycanın 40-dan çox şəhər və rayonunda sosial şəbəkələr üzrə təlimlər başlandığı, dünyanın ən böyük sosial şəbəkələri olan "Facebook", "Twitter", eləcə də "Youtube"dən istifadə və bloqçuluğa geniş yer ayrıldığı qeyd edilib.

Təlim zamanı "Mənim virtual dünyam", "Xətdə facebook", "Xətdə twitter", "Xətdə bloq", "Xətdə youtube" mövzularında çıxışlar edilmiş, gəncləri maraqlandıran suallara ətraflı cavablar verilmiş, videoçarxlar nümayiş olunmuş və əyani vəsait olaraq gənclərə CD disklər və kitabçalar paylanılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL