waplog

ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası “Apple”-ın ittihamlarını qəbul etməyib


ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası “Apple” şirkəti tərəfindən “Motorola Mobility” şirkətinin onun qeyri-qanuni sensor ekran funksiyası ilə bağlı patentindən istifadə etməsi ittihamı üzrə pozuntu aşkar etməyib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu qərar 2010-cu ilin noyabr ayından, “Motorola”nın ABŞ-da “Apple” şirkətinin bəzi məhsullarına qadağa etmək müraciəti ilə başlamış və bu günədək davam edən araşdırmaya son qoyacaq.

Söhbət, istifadəçi interfeysinin, insan smartfonu və ya planşeti özünə çox yaxın tutduqda işə düşən, sensor funksiyasını bağlayan sistemi təsvir edən, 6 246 862 nömrəli patentdən gedir. Bu patent, ekrana yanlış toxunmanın qarşısını alır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL