waplog

Rusiya ilə bulud texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib





AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Elmlər Akademiyası İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru Yakov Qrinberq, texnika üzrə fəlsəfə doktoru İlya Kuroçkin və Sergey Smirnov ilə görüş oldu.

İnstitutdan "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, görüş yeni İnternet xidmətləri, informasiya ilə mübadilə prosesində daha böyük imkanlar yaradan bulud hesablamaları texnologiyasının tətbiqi, bu xidmətlərə artan tələbat, bulud texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin hazırlanması, bu sahədə peşəkar kadrların yetişdirilməsi məsələlərinin müzakirəsi məqsədi daşıyıb. Tədbirdə inkişaf etmiş ölkələrdə bulud texnologiyalarının tətbiqinin vüsət aldığı qeyd edilərək bu texnologiyaların imkanlarından söhbət açıldı.

Bulud texnologiyalarından istifadə edilərkən əlyetərlik, mobillik, etibarlılıq, qənaət və s. kimi üstünlüklərin təmin olunduğu bildirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-də fəaliyyət göstərən e-elmin şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsi infrastrukturunun beynəlxalq tələblərə müvafiq olaraq təşkili istiqamətində mühüm işlərin aparıldığını bildirib. Bulud xidmətləri ilə bağlı tədbirlərin görüldüyünü də nəzərə çatdıraraq bu texnologiyaların elmi-nəzəri, praktiki və s. problemlərinin öyrənildiyini qeyd edib.

Müasir dövrdə elmi fəaliyyətin beynəlxalq tələblərə uyğun təşkilinə, innovativ inkişafa informasiya texnologiyalarının imkanlarından geniş istifadə etmədən nail olmağın qeyri-mümkün olduğunu qeyd edən Y.Qrinberq dünya elm mühitinə inteqrasiyada İKT-nin tətbiqinin mühüm şərt olduğunu vurğulayıb. İT xidmətlərinin, xüsusən də bulud texnologiyalarının tətbiqində mühüm rol oynayan yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən söhbət açıb.

Rusiya Elmlər Akademiyasına istedadlı, kreativ təfəkkürlü gənc kadrların cəlb edilməsi, dünyanın aparıcı elmi-tədqiqat institutları və mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan işlər haqqında məlumat verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL