waplog

Görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün smartfon hazırlanıb


Tezliklə görmə qabiliyyətindən məhrum olan insanlar yalnız telefonla zəng deyil, hətta mesaj, məktub oxuya biləcəklər. Hindistanlı istehsalçılar ekranda informasiyanı "Brayl" şrifti ilə əks etdirən unikal qurğu hazırlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, qeyri-adi qurğu 3 il ərzində hazırlanıb. Telefon üzərində Hindistan hökumətindən dəstək almış "Sumit Dagar" şirkəti çalışıb. Qurğu hələ ki prototip mərhələsindədir, gələn il istehsal ediləcək.

Sözügedən cihaz sınaqdan keçib. Qeyri-adi smartfon vasitəsilə mətn oxumaq, mesaj göndərmək, poçtu yoxlamaq olar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL