waplog

Bakıda yağan güclü yağış rabitənin işində problem yaratmayıb


Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Yağıntılar şimal və şərq rayonlarında intensiv olub. Ən çox düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında qeydə alınıb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, paytaxta yağan leysan xarakterli yağıntılar rabitənin işinə heç bir təhlükə yaratmayıb. "BTRİB bütün mövsümlərdə rabitənin dayanıqlı və fasiləsizliyini təmin etmək üçün daimi tədbirlər həyata keçirir. Bakıda qış aylarında havanın şaxtalı, qarlı olması müəyyən problemlər yaratdığı kimi, yaz və payız aylarında intensiv yağışların yağması və yay aylarında şiddətli istilər zamanı rabitənin işində hər hansı problem yaranması ehtimalı böyükdür. Ancaq qeyd etdiyim kimi, rabitəçilər bu problemlərlə rastlaşmamaq üçün qabaqlayıcı tədbirlər həyata keçirib"- deyə o bildirdi.

Baş direktor müavini güclü yağışların yağması zamanı kabel-kanalizasiya quyularının suyla dolması zamanı bəzi problemlərin yaranması hallarını istisna etmədi.

Qeyd edək ki, ötən gün yağan yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi) təşkil edib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL