waplog

Azərbaycan TV kanallarının milli peyk üzərindən yayımının təşkili başa çatmaq üzrədir


Azərbaycanda bu il ərzində ölkənin ilk milli peykinin resurslarından daxili məqsədlərdə istifadə tənzimlənəcək. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, yaxın günlərdə yerli dövlət və özəl televiziya kanallarının milli telekommunikasiya peykinin üzərindən yayımının təşkili başa çatacaq.

“Yaxın iki il ərzində, 2015-ci ilədək Azərbaycan Yerin orbitinə aşağıorbitli peykini, 2016-cı ildə isə ikinci telekommunikasiya peykini çıxarmağı planlaşdırıb. İkinci peykin orbital mövqeyi tələb olunan texniki vasitələr, peykin həcmi müəyyən edilir, danışıqlar aparılır. Bununla yanaşı, 2014-cü ildə aşağıorbitli peykin digər peyklə əlaqələri yaradılacaq” - deyə İ. Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycanın ilk milli telekommunikasiya peyki “Azerspace-1” bu il fevralın 8-də Kuru kosmodromundan “Ariane 5” şirkətinin raketi ilə orbitə çıxarılıb.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL