waplog

Dünyada ilk dəfə telefonla danışmış insanın səs yazısı ortaya çıxıb


Amerika alimləri telefonun ixtiraçılarından biri hesab edilən Aleksandr Bellin rəqəmləşdirilmiş səs yazısını dərc ediblər. Smitson İnstitutunun mühəndisləri üzəri mumla örtülmüş karton diskdəki səs yazısını ən yeni rəqəmli skan etmə və məlumatların işlənməsi texnologiyasının köməkliyi ilə bərpa etməyə müvəffəq olublar. Bu barədə sözügedən institutun "Smithsonian Magazine" adlanan nəşrində məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, Bell səs yazısında aşağıdakıları deyir: "In witness whereof — hear my voice, Alexander Graham Bell" ("Səsimə qulaq asın, Aleksandr Qraham Bell!"). Bu səs yazısı 1885-ci il aprelin 15-də Bellin Vaşinqtonda yerləşən laboratoriyasında səsləndirilib. Həmin gün Bell daha bir neçə ifadə səsləndirib.

Onlardan birində o, rəqəm, digərində Şekspirin əsərlərindən sitat gətirib. 1880-86-cı illərdə ixtiraçı səsyazma vasitələri üzərində sınaqlar apararaq səsi mum, folqa və digər materiallarda saxlamağa çalışıb. O, daha təmiz səsləndirmə əldə etməyə çalışırdı.

Qeyd edək ki, 1877-ci ildə ixtiraçı Tomas Edison ilk dəfə olaraq səsi yazmış və səsləndirmişdi.

Bell özü Smitson İnstitutuna təxminən 400 disk təqdim edib. O, ömrünün sonunadək institutun qəyyumlar şurasının üzvü olub. Hazırda dünyanın əksər elmi mərkəzlərinin istifadə etdikləri fonoqramların bərpası metodunu Berklidə Lourens adına milli laboratoriyanın fiziki Karl Xaber hazırlayıb.

Şotlandiyalı Aleksandr Qraham Bell, italiyalı Antonio Meuççi və amerikalı İlayş Qreem – hər üç şəxs telefonun ixtiraçıları sayılırlar. İlk patenti Meuççi təqdim etsə də, lakin ilk əvvəl Bell patent alıb. 2002-ci il iyunun 11-də ABŞ Konqresi xüsusi qətnamə ilə Meuççinin birinciliyini təsdiqləyib, lakin Bell digər ixtiraları (vakuum nasosu, metal axtaran və s.) ilə də tanınır.

O, həmçinin görmə və eşitmə qabiliyyətindən məhrum olan insanların problemlərinə böyük diqqət ayırırdı. Bell, həmçinin "National Geographic" jurnalının təsisçisidir. Ölümündən sonra ABŞ-da 13 milyondan çox telefon ixtiraçının xatirəsinə hörmət əlaməti olaraq 1 dəqiqəlik söndürülüb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL