waplog

1 petaflops məhsuldarlığa malik ilk superkompüter işə salınıb


ABŞ-ın İndiana Universiteti “Cray” şirkəti tərəfindən yaradılmış “Big Red II” adlanan superkompüterin istifadəyə verilməsini elan edib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, sözügedən hesablama sisteminin pik məhsuldarlığı 1 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda ”Top-500” superkompüterlər reytinqində birinci yerdə qərarlaşmış “Titan” kompleksinin sürəti 17,6 petaflopsdur. “Big Red II” superkompüterində hibrid konfiqurasiyadan istifadə edilib: “AMD”-nin çoxnüvəli prosessorları və “nVidia Tesla K20” sürətləndiricisi tətbiq edilib.

Hesablama nüvələrinin ümumi sayı 21824-dür, əməli yaddaşın ümumi həcmi isə 43648 QB təşkil edir. Verilənlərin saxlanılması sisteminin həcmi 180 TB-dır. “Big Red II” superkompüterinin dünyada 1 petaflops məhsuldarlığa malik ilk universitet superkompüteri olduğu iddia edilir.

Onu tibb, fizika, iqlim dəyişiklikləri və s. ilə bağlı tədqiqatlarda istifadə etmək planlaşdırılır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL