waplog

5 düymlü “Full HD” təsvir ölçülü ekranla təchiz edilmiş smartfon istehsal edilib


"LG" şirkəti yeni smartfon istehsal edib. "LG Optimus GK" smartfonu 5 düymlü "Full HD" təsvir ölçülü "IPS" ekran, həmçinin 1,7 QHs takt tezliyində işləyən dördnüvəli "Snapdragon 600" prosessoru, 2 QB əməli yaddaş, 16 QB daxili fləş-yaddaş və "microSD" formatlı yaddaş kartları üçün slotla təchiz edilib.

Həmçinin 13 meqapikselli əsas kamera, "Wi-Fi" və "Bluetooth 4.0" modulları, 3100 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. Sözügedən aparatın ölçüsü 139,1x69,9x9,9 millimetr, çəkisi isə 156 qramdır. "Google Android 4.1.2" mobil əməliyyat sistemi quraşdırılıb.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, smartfon yaxın günlərdə Koreyada satışa çıxarılacaq. Pərakəndə satışın başlanğıc müddəti və qurğunun qiyməti haqqında hələ ki məlumat verilmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL