waplog

Əfqanıstan nümayəndə heyəti dövlət qulluğu sahəsində e-xidmətlərin göstərilməsi ilə bağlı Azərbaycan təcrübəsi ilə tanış olub


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT İnkişaf Proqramı (UNDP) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Əfqanıstanın Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib.

"ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır. Komissiyanın əməkdaşları tərəfindən Əfqanıstan nümayəndə heyətinə mayın 1-də "Azərbaycanda dövlət qulluğu sistemi və inzibati idarəetmə", "DQMK-nın fəaliyyəti: Dövlət qulluğunda mövcud vəziyyət və perspektivlər", "Dövlət qulluğuna e-qəbul", "Komissiyanın beynəlxalq əlaqələri", "Dövlət qulluğuna dair qanunvericilik" mövzularında təqdimatlar edilib.

Təqdimatların sonunda mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olublar.

Təlimin növbəti günlərində "İnsan resurslarının idarə edilməsi", "Müsahibələrin keçirilməsi texnologiyaları" "Etik davranış qaydaları: anlayışı və mahiyyəti", "Səlahiyyətlərin bölgüsü-idarəetmə aləti kimi", "Qəbulla bağlı tələbləri necə müəyyənləşdirməli", "Vaxtın idarə edilməsi" mövzularında təqdimatlar ediləcək.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL