waplog

“Elektron Təhsil” müsabiqəsi üzrə layihələrin qeydiyyatının başa çatmasına 21 gün qalıb


Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan "Elektron Təhsil" müsabiqəsi üzrə layihələrin qeydiyyatının başa çatmasına 21 gün qalıb.

"ICTnews" elektron xəbər xidmətinə müsabiqənin Təşkilat Komitəsindən bildirilib ki, builki müsabiqə "Təhsildə internet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər iştirak edə bilərlər:

"Müsabiqədə, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantlarının da iştirakı mümkündür. "Elektron Təhsil"də iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini yaza bilərlər".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL