waplog

Kərəm Həsənov: «Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb»


«Mülkiyyət münasibətlərinin dəyişilməsinə uyğun olaraq, əmlak idarəçiliyi sistemi inkişaf etdirilib. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq, dövlətə məxsus əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin müasir şəraitə uyğun mükəmməl mexanizmləri formalaşdırılıb".

"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov adıçəkilən komitənin “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda keçirdiyi elmi-praktik konfransda söyləyib. O bildirib ki, müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi (MQS) yaradılıb.

Beynəlxalq qurumlarla birgə layihələr əsasında formalaşdırılan bu sistem əmlak bazarlarının dəstəklənməsi, mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi tələblərinə cavab verir. Komitə sədri bildirib ki, modern əmlak idarəçiliyinin qurulması istiqamətində ölkə ərazisində daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılır. Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb:

"Səmərəli əmlak idarəçiliyini dəstəkləyən Ünvan Reyestri sistemi yaradılıb. Artıq yeni qaydalar üzrə ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılıb".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL