waplog

2013-cü ildə noutbukların 15%-i “Full HD” ekranlarla təchiz ediləcək


2013-cü ildə qlobal bazara çıxarılmış noutbukların 15%-i 1920 x 1080 piksel (Full HD) təsvir ölçülü ekranlarla təchiz ediləcək.

Tayvanın "TrendForce" analitik şirkətinin tərkibinə daxil olan "WitsView" firmasının analitikləri belə proqnozla çıxış ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, yığcam kompüter istehsalçıları yüksək təsvir ölçülü ekranlarla təchiz edilmiş aparatları inkişaf etdirməyə başlayacaqlar.

"Full HD" ekranlarla təchiz edilmiş qurğulardan başqa, sensor ekranlı noutbuklara da yüksək tələbat olacaq. 2013-cü ilin yekununa görə, noutbukların ümumi tədarük həcminin 5-10% azalacağı gözlənilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL