waplog

“Azərbaycan-2020: Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda beynəlxalq seminar-treninq keçiriləcək


16-18 may tarixlərində "Hilton-Baku" hotelində "Azərbaycan-2020: Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" mövzusunda beynəlxalq seminar-treninq keçiriləcək.


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş seminar-treninq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və "Kiyev Politexnik İnstitutu"- Ukrayna Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən EİF-dən bildirilib ki, beynəlxalq seminar-treninq çərçivəsində "Elmin qrantlar yolu ilə maliyyələşdirilməsinin hüquqi aspektləri" mövzusunda seminar və "Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi" üzrə treninq təşkil olunacaq: "Treninq Ukraynanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçiriləcək".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL