waplog

Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyası istifadəyə verilib


Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasının açılış mərasimi keçirilib.

Şimal bölgəsini rəqəmsal televiziya ilə təmin etmək və analoq efir yayımını daha da gücləndirmək məqsədilə qurulmuş stansiyadakı teleötürücü qülləsinin hündürlüyü 73 metrdir. Qüllə ilə yanaşı, ərazidə texniki bina da inşa olunub.

Stansiyanın açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib ki, yeni stansiyanın istifadəyə verilməsi yayımın keyfiyyətli olmasına şərait yaradacaqdır.

Yayım dairəsi 100 kilometr olan yeni stansiyadan 12 televiziya kanalı yayımlanacaqdır. Şabran rayonunun Dağbilici, Xaçmazın isə Yalama kəndlərində də bu cür stansiyaların tikilməsi nəzərdə tutulub.

Mərasimdə bildirilmişdir ki, yeni yayım texnologiyasına keçid xarici telekanalların Azərbaycanın efir məkanına qeyri-qanuni müdaxiləsinin də müəyyən qədər qarşısını alacaqdır. Açılış mərasimindən sonra stansiya ilə tanışlıq olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL