waplog

“Samsung” şirkəti smartfonların satış sürətinə görə rekord qırıb


“Samsung Electronics” şirkətinin istehsalı olan “Galaxy S4” smartfonu satış sürətinə görə öz sələflərini ötüb. Koreyanın “Chosun Ilbo” saytının məlumatına görə, sözügedən aparatın relizi anından 5 gün sonra onun satış həcmi 4 milyon təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mayın 10-da satışların həcmi 6 milyon olub.

“Samsung” şirkəti ayın sonunadək 10 milyon “Galaxy S4” smartfonu satmağa ümid edir. Müqayisə üçün, 3 milyon ədəd “Galaxy S3” smartfonunun satışına 21 gün vaxt lazım gəlmişdi.

Bu smartfonların ikinci nəsli müvafiq nəticəyə 55 gündən sonra nail olmuşdu. 2013-cü ildə “Samsung” 100 milyon “Galaxy S4” aparatının satışını planlaşdırıb.

Hazırda dünyada 50 milyondan çox “Galaxy S3” smartfonu satılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL