waplog

“Vertu” dünyanı fəth etmək istəyir


Britaniyanın bahalı mobil telefonlar istehsalçısı “Vertu” şirkəti dünyanı fəth etmək üçün planlar qurur. Şirkət ilin sonunadək müxtəlif ölkələrdə onlarla butiklər açmaq niyyətindədir.

“ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, şirkət beynəlxalq ticarət şəbəkəsini aktiv şəkildə genişləndirməyə başlayıb. Şirkət bu ilin sonunadək 49 yeni butik açacaq. Belə ki, şirkətin mağazalarının ümumi sayı 71-dən 200-dək artacaq.

Bundan başqa, sözügedən ticarət markası daha qabaqcıl smartfonlar istehsal etməklə öz məhsullarını texnoloji planda inkişaf etdirməyi planlaşdırır.

Məsələn, bu yaz şirkət göy yaqutlu şüşədən hazırlanmış sensor ekranla təchiz edilmiş və “Android” platforması əsasında işləyən bahalı “Vertu Ti” telefonunu təqdim edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL