waplog

Ərzaq yükünün altından gömrükdən gizlədilmiş telefon və aksessuarlar aşkarlanıb


Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Namiq Cabbarovun idarə etdiyi "Mercedes Benz 518CiD" markalı mikroavtobusa gömrük baxışı zamanı həmin avtobusun salonunda gömrük nəzarətindən gizlədilmiş xeyli miqdarda müxtəlif mallar aşkar edilib.

Belə ki, sözügedən nəqliyyat vasitəsinin salonunda olan ərzaq yükünün altından 14 ədəd qutuda - "İ-Phone 4S", "Samsung Galaxy S III", "BML mini 9300" və "Nokia N9" markalı, cəmi 666 ədəd mobil telefon və müxtəlif markalı mobil telefonlara aid aksessuarlar: 340 ədəd "qulaqcıq", 315 ədəd qidalandırma cihazı, 325 ədəd USB- kabel və 1900 ədəd mobil telefon üçün korpus aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, bunlar sözügedən avtobusda gömrük nəzarətindən gizlədilmiş "qarışıq malların" tam siyahısı deyil. Bu siyahıda müxtəlif adda parfümeriya və kosmetik vasitələr, eyni zamanda spirtli içkilər də aşkarlanıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL