waplog

BMT baş katibinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciəti


Mən çox şadam ki, builki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub.

Hər il yol qəzalarında 1,3 milyonadək insan həlak olur, milyonlarla insan xəsarət alır və ya ömürlük əlil olur. Bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi nəticələrə də səbəb olur.

2011-2020-ci illəri əhatə edən “Yol təhlükəsizliyi üzrə fəaliyyət onilliyi” bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub.

İnformasiya-kommunikasiya texnologiyaları bu baxımdan geniş imkanlar açır.

İntellektual nəqliyyat idarəetmə sistemləri və naviqasiya vasitələri tıxac probleminin həllinə yardım edə bilər.

Radarlar yol hərəkətinin iştirakçılarının bir-birilə, o cümlədən piyadalarla toqquşmanın qarşısını alır.

Kontaktsız əlaqə vasitələrinin istifadəsi yol-nəqliyyat hadisələrinin sayını azaldır. Bu, xüsusən nəqliyyat hadisələrində ölənlərin yarısını təşkil edən gənclərə daha çox aiddir.

Mən Beynəlxalq Telekommunikasiya İttifaqının sahə strukturları ilə birgə İKT standartlarının işlənməsi, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası ilə təhlükəsiz yol hərəkətinin təbliği sahəsində işini yüksək qiymətləndirirəm.

Gəlin, texniki nailiyyətlərin maksimal istifadəsi ilə yol-nəqliyyat hadisələrinin sayını kəskin azaldaq və milyonlarla insanın həyatını xilas edək.

Pan Gi Mun

Birləşmiş Millətlər Təşkilatının baş katibi


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL