waplog

“Hitachi” televizor istehsal edən fabriki bağlamağa hazırlaşır


Bu gün aydın olub ki, “Hitachi” şirkəti televizor istehsal edən yapon fabrikinin bağlanması imkanını nəzərdən keçirib.
Digər TV brendlər kimi, “Hitachi” də televiziya seqmentini yenidən təşkil etmək üçün səy göstərir. Yaponiyanın “Sony” və “Panasonic” kimi elektronika nəhəngləri də TV seqmentlərini yenidən qurmaq niyyətlərini bəyan ediblər.
Ötən maliyyə ilində “Hitachi” televizorlarının 70%-i şirkətin okeanın o tayındakı partnyorları tərəfindən istehsal edilib. “Hitachi” şirkətinin yalnız Yaponiyada 1 TV fabriki qalıb. İndi “Hitachi” şirkəti onu bağlamağa hazırlaşır. "Həqiqətən, biz belə imkanı nəzərdən keçiririk, lakin konkret qərar hələ ki qəbul edilməyib" – “Hitachi” nümayəndəsi Tadaşa Xisanaqa belə deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL