waplog

Elektron xidmətlərin göstərilməsinə dair tədris kursu keçirilib


Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində növbəti tədris kursu təşkil edilib.

"ICTnews" elektron xəbər xidmətinin nazirliyə istinadən verdiyi məlumata görə, tədris kursunda dövlət qulluqçularına "Elektron hökumət, elektron sənəd və elektron imza haqqında" Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilib.

Eyni zamanda, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi qaydaları, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertiza qaydaları, elektron imza, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydaları, elektron imzanın yoxlanması və elektron sənəd mübadiləsi qaydaları haqqında mövzular elektron təqdimatlar, slaydlar və digər vizual vasitələrdən istifadə edilməklə tədris olunub.

Sonra muxtar respublikanın "Elektron hökumət" portalının ilkin variantı müzakirə üçün tədris kursunda iştirak edən dövlət orqanlarının nümayəndələrinə təqdim edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL