waplog

GUAM-a üzv olan ölkələrin gömrük orqanlarının informasiya texnologiyaları departamentləri rəhbərlərinin iclası keçirilib


Kiyevdə, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın Katibliyində qurumun üzvü olan ölkələrin gömrük orqanlarının informasiya texnologiyaları departamentləri rəhbərlərinin iclası olub.

İclas iştirakçıları GUAM-ın üzvü olan ölkələrin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsinin təşkil edilməsi barədə qurum ölkələrinin gömrük administrasiyaları arasında protokol layihəsini müzakirə etmiş və razılaşdırıblar.

Tərəflər protokol layihəsinin imzalanmaq üçün dövlətdaxili razılaşdırma məqsədi ilə qurumun üzvü olan ölkələrə göndərilməsini Katiblikdən xahiş etmək barədə razılığa gəliblər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL