waplog

Mobil telefon satışlarından əldə olunan gəlirin həcmi 11 faiz artıb


“Strategy Analytics” analitik şirkətinin qiymətləndirməsinə əsasən, bazarda “3G” və “4G LTE” şəbəkələrini dəstəkləyən xeyli sayda bahalı modellərin mövcudluğu fonunda 2013-cü ilin birinci rübündə mobil telefon satışlarından əldə olunan qlobal gəlirin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil telefon seqmenti üzrə qlobal əməliyyat mənfəəti ümumilikdə 5% artıb. Artım tempi nəzərəçarpacaq dərəcədə azalıb. Azalma birbaşa “Apple” şirkətinin zəif maliyyə göstəriciləri ilə əlaqədardır.

Amerika korporasiyasının əsas rəqibi “Samsung” şirkəti, əksinə, öz göstəricilərini yaxşılaşdırıb. Buna baxmayaraq, “Apple” və Cənubi Koreya şirkəti 2013-cü ilin birinci rübündə mobil telefon sənayesi üzrə qlobal gəlirin, demək olar ki, 100%-nə nəzarət ediblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL