waplog

“İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri” mövzusunda konfrans keçirilib


Bakıda Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş “İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri” mövzusunda ikigünlük konfrans işinə başlayıb.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Azərbaycanda milli patent sisteminin 20 ildir fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, sözügedən sahə üzrə bir çox nailiyyətlər əldə olunub.

O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu sistemin ölkəmizdə keyfiyyət infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrildiyini, bu illər ərzində patent sahəsi üzrə normativ-hüquqi bazanın formalaşdığını, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu inteqrasiyanın həyata keçirildiyini vurğulayıb.

Ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına qoşulduğunu, Avropa Patent təşkilatı ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu deyən Ramiz Həsənov Azərbaycanda uğurlu siyasət nəticəsində ölkəmizə marağın daha da artdığını, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşdırılması, sahibkarlığın inkişafına dövlət qayğısının əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələndiyini xüsusi qeyd edib:

“Bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən SMPDK patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri nəticəsində “Əməkdaşlıq Proqramı” təsdiq edilmiş, 10 ölkə ilə ikitərəfli saziş imzalanmış, komitə ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış “Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin formalaşdırılmasına dair” layihə icra olunmuşdur. Bu layihə Azərbaycanda yeni qurulan “elektron hökumət” layihəsinə də bir töhfə kimi qiymətləndirilməkdədir”.

Sonra Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli Məclisin deputatı Arif Əşrəfov, Nazirlər Kabinetinin şöbə müdirləri İsmayıl Sadıxov və Səyyaf İsmayılov Azərbaycanda patent sisteminin sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlərdən danışıblar. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail Svantner, Avrasiya Patent İdarəsinin prezidenti Aleksandr Qriqoryev, departament rəhbəri Nina Formbi ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən söz açaraq Azərbaycanın son 20 ildə sürətli inkişafını və beynəlxalq patent sisteminə uğurlu inteqrasiyasını xüsusi vurğulayıblar.

Konfransda “Azərbaycanın patent sisteminin cari vəziyyəti, problemlər, perspektivlər”, “Keçid dövründə olan ölkələrdə Milli Əqli Mülkiyyət strategiyasının inkişafı”, “AAPT-ın üzv-dövlətlərində innovasiya fəaliyyətinə kömək göstərilməsində regional təşkilatın rolu”, “Türkiyə Əqli Mülkiyyət Sisteminin cari vəziyyəti”, “Əqli mülkiyyət infrastrukturunun modernləşdirilməsi” mövzularında məruzələr dinlənilib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL