waplog

“LG” şirkəti yeni “Optimus G2” smartfonunu təqdim edəcək


Bu gün Koreyanın "LG" şirkəti yeni smartfonunu təqdim edəcək. Şirkətin mobil bölməsinin prezidenti deyib ki, "Optimus G2" smartfonu "Samsung Galaxy S4" və yeni "iPhone"-a rəqib olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, sözügedən cihaz 5 düymlü "Full HD" təsvir ölçülü ekran, 4 nüvəli prosessor, 13 meqapiksellik kamera ilə təchiz edilib.

Yeri gəlmişkən, "LG" şirkəti əlinə düşən imkandan yararlanmalıdır: artıq Çinin "ZTE" və "Huawei" şirkətləri onu smartfonların satışı üzrə ilk beşlikdən çıxartmaq üzrədirlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL