waplog

“Windows 8” əməliyyat sistemi ilə işləyən ən kiçik planşet təqdim edilib


“Acer” şirkəti Taybeydə keçirilən “Computex 2013” sərgisində “Acer Iconia W3” planşetini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən qurğu hazırda “Windows 8” əməliyyat sistemi ilə işləyən ən kiçik planşetdir. “Iconia W3” planşetinin displeyinin diaqonalı 8.1 düymdür və təsvir ölçüsü 1280x800 pikseldir. “Iconia W3” planşetinin çəkisi 540 qram, qalınlığı 1,35 santimetr təşkil edir. Planşetə klaviatura qoşaraq onu noutbuka çevirmək olar. O, tədarük dəstinə daxil deyil və əlavə aksesuar kimi 69 avro qiymətinə satılır. Planşet ikinüvəli “Intel Atom Z2760” prosessoru, 2 ədəd iki meqapiksellik kamera, “Bluetooth” modulu, “micro-USB” və “micro-HDMI” konnektoru ilə təchiz edilib.

“Iconia W3” planşeti “x86” arxitekturasına malik prosessorla təchiz edildiyindən onda ənənəvi “Windows” proqramları icra etmək mümkündür.

Bundan başqa, “Acer” şirkəti cihaza əvvəlcədən “Office 2013” ofis paketinin tam versiyasını quraşdırıb. Adətən “Office” yalnız “Windows RT” əsasında aparatlara qurulur (müəyyən edilir). “Iconia W3” planşeti iyunda satışa çıxarılacaq. Planşetin 32 QB-lıq yaddaşla təchiz edilmiş versiyasının qiyməti 329 avro, 64 QB-lıq ilə olan versiyada isə 379 avro olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL