waplog

“Asus” iki planşetini birdən təqdim edib


“Asus” şirkəti Tayvanda keçirilən “Computex 2013” sərgisində “Android 4.2 Jelly Bean” platforması ilə işləyən “MeMO Pad HD 7” və “MeMO Pad FHD 10” planşetlərini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “MeMO Pad HD 7” yığcam modeli 1280x800 nöqtə təsvir ölçülü 7 düymlü “IPS” ekran və dördnüvəli prosessorla təchiz edilib. Qurğu, həmçinin 1 QB əməli yaddaş, 8 və ya 16 QB fləş-yaddaş, “microSD” yaddaş kartları üçün slot, 5 meqapiksellik əsas kamera və ön paneldə 1,2 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 10 saatlıq avtonom iş üçün kifayət edir.

Sözügedən aparatın qalınlığı 10,8 millimetr və çəkisi 302 qramdır. Ağ, qara, çəhrayı və yaşıl rəngli korpus əlçatandır. Cihaz satışa iyulda çıxarılacaq. 8 və 16 QB yaddaşla təchiz edilmiş modellərin qiyməti müvafiq olaraq 129 və 149 dollar təşkil edəcək. “Asus MeMO Pad FHD 10” planşeti 1920x1200 nöqtə təsvir ölçülü 10 düymlük “IPS” displey, 1,6 QHs takt tezliyində işləyən “Intel Atom Z2560” prosessoru, 16 və ya 32 QB fləş-yaddaş, “microSD” yaddaş kartları üçün slot, “Wi-Fi 802.11a/b/g/n”, “GPS” və “GLONASS” modulları, 5 meqapiksellik əsas və ön paneldə 1,2 meqapiksellik kamera ilə təchiz edilib.

Bu aparat, həmçinin avtonom rejimdə 10 saat işləməyə “qadirdir”. Onun qalınlığı 9,5 millimetr və çəkisi 580 qramdır. Qurğu sentyabrda satışa çıxarılacaq, lakin qiyməti hələ açıqlanmır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL