waplog

Sabahdan 2 saylı “ASAN xidmət” mərkəzi işə başlayacaq


Xətai rayonunda sabahdan etibarən 2 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq.

"ICTnews" elektron xəbər xidmətinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Xətai rayonu ilə yanaşı həmçinin Nizami, Suraxanı rayonlarının əhalisi yararlana biləcəklər. 2 saylı "ASAN xidmət" mərkəzi Nobel prospekti 23 ünvanında, "AMAY" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL