waplog

“Fujitsu” şirkəti rekord təsvir ölçüsünə malik ekranla təchiz edilmiş noutbuk təqdim edib


Yaponiyanın “Fujitsu” şirkəti 3200x1800 piksel təsvir ölçüsünə malik 14 düymlü ultrabuk təqdim edib. Yeni “Lifebook UH90/L” ultrabukunda “Sharp IGZO” ekran texnologiyasından istifadə edilib. Ekranın “PPI” göstəricisi 1 düymdə 262 pikseldir ki, bu da “FullHD” ekranlarla müqayisədə 2.7 dəfə çoxdur.

Nəticədə ekrandan mətni oxumaq daha asan olur, fotolar isə daha real görsənir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən cihaz “Windows 8” əməliyyat sistemi ilə işləyir və “Intel Haswell Core i5” çipi və 500 QB sərt disklə təchiz edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL