waplog

2014-cü ildə “Lenovo” server və disk saxlama sistemlərinin istehsalına başlayacaq


Çinin “Lenovo” şirkətinin baş direktoru Yan Yankin deyib ki, onun şirkəti server avadanlığı, data mərkəzləri üçün disk saxlama sistemləri bazarına çıxmaq imkanını araşdırır. Onun sözlərinə görə, şirkət bu seqmentdə perspektiv görür və artıq gələn il sözügedən həllərin tədarükünə başlamağı planlaşdırır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Yan bildirib ki, “Lenova” şirkəti server və disk saxlama sistemləri biznesində inkişaf etməyi istəyir və planlaşdırır.

Bundan başqa, o qeyd edib ki, “Lenovo” server istehsalına malik olsa, o zaman şirkət öz müştərilərinə smartfonlardan serverlərə qədər hesablama həllərinin bütöv spektrini tədarük edə biləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL