waplog

“Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır


Dünyada maye kristal ekranların ən böyük istehsalçısı sayılan” Samsung Electronics” “Samsung”un intellektual mülkiyyəti olan bir neçə patentin pozulmasında Tayvan şirkəti və onun müştərilərini ittiham edərək AU Optronics-in(AUO) ünvanına şikayətlə ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyasına müraciət edib. Analoji ittihamla iddia Delaver ştatının dairə məhkəməsinə və Kaliforniyanın Şimal dairəsinin dairə məhkəməsinə təqdim edilib.
Bu hüquqi hücumla Cənubi Koreya nəhəngi bazara hüquq pozuntusu ilə çıxarılan maye kristal ekranlar, monitorlar və LCD-ekran ilə noutbukların idxalını qadağan etmək niyyətindədir. Bundan başqa, “Samsung” cavabdehdən kompensasiya tələb edib. AUO –dan bildiriblər ki, “hazırda şikayətə baxılır, şirkətin və müştərilərin maraqlarının müdafiəsi üzrə bütün lazımlı tədbirlər görüləcək".
Bununla belə, texnologiya bazarında adət edilmiş qaydaların əksinə olaraq AUO hələ “Samsung”a qarşı qarşılıqlı ittiham irəli sürməyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL